`Bu xəbər bizi olduqca kədərləndirdi`- İlham Əliyev
14:21 24 İyul 2016
Azərbaycan prezidenti İlham Əliyev Kabildə baş verən və 80 nəfərin ölümünə səbəb olan terror aktı ilə bağlı əfqan həmkarı Məhəmməd Əşrəf Qaniyə başsağlı məktubu ünvanlayıb.
Femida.az xəbər verir ki, dövlət başçısı məktubunda bu dəhşətli terror aktından son dərəcə hiddətləndiyini, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasının vacib və zəruri olduğunu bildirib.
"Hörmətli cənab prezident, ölkənizin paytaxtında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanların həlak olması və yaralanması barədə xəbər bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı hamılıqla və qətiyyətlə mübarizə aparılmasını vacib və zəruri hesab edirik. Baş vermiş bu faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yarananlara və xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Oxunub: 9039
Oxşar xəbərlər
- `Bu, müstəsna əhəmiyyətə malikdir` - Əflatun Amaşov
- `Bu, mənzil fırıldaqçılarının `əl-qolunu bağlayacaq`` - Ekspert
- `Bu gün hiss etdim ki, həmsədrlər...` - Məmmədyarov
- `Bu görüşü konkret təşkilat keçirəcək` - Zaxarova
- `Bu adamlar ermənilərə satqınlıq edənlərin qohumları ilə əlaqə yaradır` - Polkovnikdən açıqlama
- `Bu normal haldır`- `Azəravtoyol`dan çökən yolla bağlı açıqlama
- `Bütün müvafiq qurumlar bir nöqtəyə vurur` - İlham Əliyev
- `Bu, həm də dostum Ərdoğanın uğurudur` - Putin
- `Burada təhsilin keyfiyyəti ən yüksək səviyyədə olacaq` - İlham Əliyev
- `Bu necə vəkildir ki, prosesdə yatır`- Məhkəmədə gərgin anlar